Piyadaların qayda pozuntuları ilə bağlı statistikası

13:39 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarında 9 min 284 qayda pozulması faktı aşkar edilib.

Hafta.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, qeydə alınan qayda pozuntularının təkcə 5293-ü Bakının payına düşür:

"Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Lakin hesab edirik ki, bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti ilə nəticələnə bilər”.